Bu sorğu Azərbaycanda yaşayan LGBTİQ+ vətəndaşların, eləcə də xaricdə yaşayan azərbaycanlı kuirlərin Facebook, Instagram və Threads kimi Meta platformalarında 2025-ci ilin yanvarında qəbul edilən siyasət dəyişikliyindən sonra yaşadığı təcrübələri öyrənmək məqsədilə hazırlanıb. Məqsədimiz zərərli məzmunun (nifrət nitqi, təhqir, zorakılıq təhdidləri, ayrı-seçkilik çağırışları) miqyasını, növlərini və bunun icmamıza təsirini sənədləşdirməkdir.
Cavablar tamamilə anonim olacaq və yalnız araşdırma və hesabat məqsədləri üçün istifadə olunacaq. Paylaşacağınız məlumatlar icmamızın onlayn mühitdə müdafiə olunması işinə töhfə verəcək.
Sorğunu doldurmaq təxminən 5–7 dəqiqə vaxt aparacaq.

