Tarix:

Paylaş:

QueeRadar Mükafatı qalibləri açıqlandı

Əlaqədar xəbərlər

QueeRadar Mükafatının qalibləri açıqlandı

QueeRadarın Azərbaycan mətbuatında nifrət nitqini araşdıran monitorinqi (2017-2019) bizə göstərdi ki, yerli media təsəvvür etdiyimizdən qat-qat artıq, sistematik və məqsədli şəkildə LGBTİQ+ləri hədəf alır, etibarsızlaşdırır və nifrət cinayətlərinin təməl daşını atır.

Mətbuatdakı bu fobik nümunələri ortaya çıxardıqdan sonra isə qərar verdik ki, QueeRadar olaraq sistematik və məqsədli şəkildə nifrət nitqinə və diskriminasiyaya qarşı həm fobik mətbuatı və müəllifləri ictimailəşdirək, eyni zamanda nümunəvi məqalələrin, audiovizual məhsulların çoxalmasına, jurnalistlərin peşəkarlığının artmasına öz töhfəmizi verək.Bu istəklə də LGBTİQ+ hekayələrini diqqətdə saxlayan və çətinliklərini, haqları uğrunda mübarizəsini işıqlandıran mətbuat işçilərini daha da həvəsləndirmək, onlara dəstək vermək üçün QueeRadar Mükafatını təsis etdik. Builki mükafat üç kateqoriyada qalibləri müəyyən edib:


• Bərabərlik və ayrıseçkiliyə yol verilməməsi mövzusunda məqalə

• İlin kuir müəllifi

• İlin nəşri Buyurun, mükafatlandırmamızın nəticəsi ilə tanış olun: – OC-Media platformasında “My secret life’: Gay and Azerbaijani in rural Georgia” adlı yazısı ilə LGBTİQ+ mövzusunu korrekt, balanslı, ədalətli işıqlandırdığı üçün 2020-ci ilin “Ən yaxşı məqalə” mükafatı nominasiyasında Gülgün Mamedxanlı QueeRadar Mükafatı ilə təltif edilir. (Məqalənin azərbaycancasını tezliklə saytımızda paylaşacağıq) – 2020-ci il boyunca gender mövzularını daim diqqətdə saxlamış, müxtəlif platformalar vasitəsilə LGBTİQ+lərin, o cümlədən öz səsini və mübarizəsini çatdırmağa çalışmış kuir bloqqer Əli Məlikov QueeRadar Mükafatı ilə təltif edilir. – LGBTIQ+lərin haqq və bərabərliklərinin gözardı edildiyi fobik bir mühitdə öz peşəkarlığını qorumağa çalışan; LGBTİQ+lərin hekayələrini məhz hüquq və azadlıqlar müstəvisində daim diqqətdə saxlamaq üçün öz resurslarını istifadə edən media platforması kimi Mikroskop Media QueeRadar Mükafatı ilə təltif edilir. 

Bu həvəsləndirici mükafatlandırma ilə qaliblərin öz işini daha da yaxşılaşdıracaqlarına, məqbul dil və yanaşma tətbiq edilməsində irəliləyəcəklərinə inanırıq.