- 2022-ci il LGBTİQ+ vətəndaşlar üçün nə ilə yadda qalıb?
- Azərbaycan mətbuatı LGBTİQ+ ilə əlaqədar hadisələri oxuculara necə təqdim edib?
- 2022-ci ilin queerfobları – nifrət nitqinin yayılmasında rol oynayan ictimai-siyasi xadimlər kimlərdir?
- Mətbuatda çıxan xəbərlər hansı kontekstdə, hansı sərhədlər daxilində, kimdən müsahibə alaraq, kimdən almayaraq, hansı məqamı qabardaraq, hansını arxa plana ataraq hazırlanıb?
QueeRadar kollektivinin 2022-ci ili əhatə edən media monitorinqi bu sualların cavabını təqdim edir.
İllik media monitorinqinin məqsədi mediada LGBTIQ+ haqqında hazırlanan xəbərlərin kuir perspektivdən monitorinqini aparmaq, LGBTIQ+ və media strategiyası haqqında məlumatlılığı artırmaq, cəmiyyətdə dialoqu təşviq etmək və Azərbaycanda daha inklüziv və hər kəsin şəxsiyyətinə hörmət edən media mühitini formalaşdırmaqdır.
2022-ci il ərzində axtarış sistemləri vasitəsilə 22 media orqanından ümumilikdə toplanılan 428 material LGBTİQ+un yerli mətbuatda işıqlandırılmasına dair mənzərəni göstərir. QueeRadar tərəfindən aparılan analizin nəticəsi göstərir ki, 2022-ci ildə araşdırılan mətbuat materiallarının 330-ü, yəni 77.10%-də qərəzlilik hökm sürüb. Onlardan yalnız 98-i, yəni 22.90%-i neytral olub.
Araşdırmanın tam mətni BURADADIR.