Müsabiqə

2020-ci ildən etibarən LGBTİQ+ mövzularına diqqət yetirən müəlliflərə həvəsləndirici QueeRadar Mükafatı təsis edilib. Mükafat nümunəvi məqalələrin, audiovizual məhsulların çoxalmasına, jurnalistlərin peşəkarlığının artmasına töhfə vermək məqsədi daşıyır.

QueeRadar komandası mediada nifrət nitqi və diskriminativ diskursun illik monitorinqini apararkən LGBTİQ+ hekayələrini ədalətli, dürüst şəkildə ictimaiyyətə çatdıran, onların çətinliklərini və haqları uğrunda mübarizəsini işıqlandıran mətbuat işçilərini də diqqətdə saxlayır.


2022-ci il üzrə mükafatlandırmanın nəticəsi
  • Şərəf Nağıyeva
“ChaiKhana Media”da dərc olunmuş “Tək-tənha, lakin azad” adlı fotoreportajı ilə LGBTİQ+ mövzusunu korrekt, ədalətli işıqlandırdığı üçün;
  • Miray Dəniz
Mediada trans qadınların təmslinə verdiyi töhfələr üçün;
  • Aysel Umudova
2022-ci il üzrə Azərbaycanda LGBTİQ+ ətrafında baş vermiş hadisələrin mətbuatda işiqlandırılmasında aktiv rol oynadığı üçün;

 


2021-ci il üzrə mükafatlandırmanın nəticəsi
  • Günel Səfərova
“BBC Azərbaycanca”da yayımlanmış “Olduğum insan olmaq istəyirəm” adlı sənədli filmi ilə LGBTİQ+ mövzusunu korrekt, balanslı, ədalətli işıqlandırdığı üçün;
  • Vüsalə Hacıyeva
Mediada trans qadınların təmslinə verdiyi töhfələr üçün;
  • Ülviyyə Əli
2021-ci il üzrə Azərbaycanda LGBTİQ+ ətrafında baş vermiş hadisələrin mətbuatda işiqlandırılmasında aktiv rol oynadığı üçün;

2020-ci il üzrə mükafatlandırmanın nəticəsi:
  • Gülgün Mamedxanlı

OC-Media platformasında “My secret life’: Gay and Azerbaijani in rural Georgia” adlı yazısı ilə LGBTİQ+ mövzusunu korrekt, balanslı, ədalətli işıqlandırdığı üçün 2020-ci ilin “Ən yaxşı məqalə” mükafatı nominasiyasının qalibi;

  • Əli Məlikov

2020-ci il boyunca gender mövzularını daim diqqətdə saxlamış, müxtəlif platformalar vasitəsilə LGBTİQ+lərin, o cümlədən öz səsini və mübarizəsini çatdırmağa çalışmış kuir bloqqer;

  • Mikroskop Media

LGBTIQ+lərin haqq və bərabərliklərinin gözardı edildiyi fobik bir mühitdə öz peşəkarlığını qorumağa çalışan; LGBTİQ+lərin hekayələrini məhz hüquq və azadlıqlar müstəvisində daim diqqətdə saxlamaq üçün öz resurslarını istifadə edən media kollektivi;