Please scroll down for English version
Son bir ay ərzində Azərbaycanda LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın və ayrıseçkiliyin artması müşahidə edilir. Belə ki, internet xəbər portalları və sosial şəbəkələrdə yayılan məlumatlara görə, may ayının 30-dan bu günə kimi 6 Azərbaycan vətəndaşı müxtəlif şəxs və qrupların fiziki hücumuna məruz qalıb, onlara müxtəlif xəsarətlər yetirilib.
Biz, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri son vaxtlar ölkədə LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın, ayrıseçkiliyin və digər hüquqa zidd halların artması və bu istiqamətdə dövlətin hərəkətsizliyindən ciddi narahatlığımızı ifadə edərək,
Bütün insanların irqinə, dilinə, milliyətinə, cinsi oriyentasiyasına, gender kimliyinə fərq qoymadan cəmiyyətdə təhlükəsiz və damğalanmadan azad və bərabərhüquqlu yaşamaq prinsipi kimi fundamental beynəlxalq insan haqları müstəvisində ölkədaxili və beynəlxalq hüquqi sənədlərin tələblərinə əsaslanaraq,
Azərbaycan Respublikasının Konstitusiyası və onun tərəf olduğu beynəlxalq insan hüquqları sənədlərin əsas tələbi kimi dövlətin zorakılığa və başqa qanun pozuntularına qarşı təsirli tədbirlər görmək öhdəliklərini xatırladaraq, Azərbaycan dövlət orqanlarına aşağıdakılarla bağlı çağırış edirik:
- LGBTIQ+ vətəndaşlara qarşı zorakılıq halları ilə bağlı təxirəsalınmaz effektiv və şəffaf təhqiqatın aparılması təmin edilsin və təhqiqatın nəticələri ictimaiyyətə açıqlansın;
- LGBTIQ+ vətəndaşlara münasibətdə nifrət çıxışı, həmçinin ictimai xidmətlər göstərən qurumlar (səhiyyə, sosial, hüquq mühafizə və.s) tərəfindən xidmətlərin göstərilməsindən imtina kimi müxtəlif ayrıseçkilik halları dərhal araşdırılsın və nəticəsi ictimaiyyətə açıqlansın;
- Dövlət qurumlarında cinsi oriyentasiya və gender kimliyinə əsaslanan ayrıseçkiliyin qadağası haqqında məlumatlılığın artırılmasına dair tədbirlər görülsün;
- Effektiv hüquqi təqib ilə nəticələnməyən cinsi oriyentasiya və gender əsaslı zorakılıq cinayətlərinin və digər ayrıseçkilik hallarının təkcə fərdi hüquq və azadlıqların kobud pozuntusu ilə məhdud olmayıb, cəmiyyətdə zorakılıq meyllərini artırdığını nəzərə alaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret işlər görülsün. Bu məqsədlə Azərbaycan höküməti:
- BMT-nin cinsi oriyentasiya və gender şəxsiyyətinə əsaslanan zorakılıq və ayrı-seçkilikdən müdafiə üzrə BMT-nin xüsusi mandatlı Müstəqil Mütəxəssisinin 15 aprel 2013-cü ildən Azərbaycana təqdim edilən və hələ də hökümət tərəfindən qəbul edilməyən açıq qalan dəvəti qəbul edilsin və BMT-nin müstəqil ekspertinin Azərbaycanda LGBTIQ+ vətəndaşların hüquqları ilə bağlı vəziyyətin öyrənilməsinə şərait yaradılması təmin edilsin;
- Beynəlxalq insan hüquqları sənədlərinin milli hüquqa münasibətdə üstün hüquqi qüvvəsinı nəzərə alaraq müxtəlif milli qanunvericilik aktlarında ayrıseçkiliyin qadağasına dair müddəalarda nəzərdə tutulan ayrıseçkiliyin əsasları siyahısına şəxslərin cinsi oriyentasiyası və gender kimliyi ifadələri əlavə edilsin.
- Gender bərabərliyinin təminatı haqqında qanun təkmilləşdirilsin və beynəlxalq standartlara uyğunlaşdırılsın.
Civil Society Representatives’ Statement
on Increasing Cases of Violence Against LGBTQI+s
Over the past month, there has been an increase in violence and discrimination against LGBTQI+ citizens in Azerbaijan. Thus, according to Internet news portals and social networks, since May 30, 6 Azerbaijani citizens have been physically assaulted and injured by various individuals and groups.
We, the representatives of the Azerbaijani civil society, by expressing our serious concern over the recent increase in violence, discrimination and other illegal actions against LGBTQI+ citizens in the country and the inaction of the state in this direction,
Guided by the requirements of local and international legal instruments, such as to live in society safely, equally, free and without stigma, regardless of race, language, nationality, sexual orientation or gender identity,
Recalling the Constitution of the Republic of Azerbaijan and the international human rights instruments to which it is a party, recalling the state’s commitment to take effective measures against violence and other violations of the law, we demand the following from the Azerbaijani authorities:
- Ensure an urgent, effective and transparent investigation into cases of violence against LGBTIQ+ citizens and make the results of the investigation public;
- Immediately investigate and disclose to the public various cases of discrimination against LGBTIQ+ citizens, as well as refusal to provide services by public service providers (health, social, law enforcement, etc.);
- Take measures to increase awareness in government agencies about the prohibition of discrimination based on sexual orientation and gender identity;
- Given the fact that sexual orientation and gender-based violence and other forms of discrimination that do not result in effective legal prosecution are not only gross violations of individual rights and freedoms, but also increase the tendency to violence in society, precise work should be done to improve legislation in this area. To this end, the Government of Azerbaijan:
- Accept the open invitation of the UN Independent Expert with the special mandate on Protection against Violence and Discrimination based on Sexual Orientation and Gender Identity, submitted to Azerbaijan on 15 April 2013 and not yet accepted by the government, and provide conditions for UN Independent Expert to study the situation regarding the rights of LGBTQI+ citizens;
- Despite the superior legal force of international human rights instruments over national law, the expressions of sexual orientation and gender identity should be added to the list of grounds for discrimination provided for in the provisions of various national legislation prohibiting discrimination.
- Improve the law on gender and adapt with international standards.
İmzalar:
- İntiqam Əliyev (hüquqşünas)
- Səməd Rəhimli (hüquqşünas)
- Leyla Həsənova (gender tədqiqatçısı)
- Nicat Məmmədbəyli (hüquqşünas)
- Lamiyə Əliyeva (memar)
- Emin Abbasov (hüquqşünas)
- Aytən Fərhadova (jurnalist)
- Sevinc Səmədzadə (araşdırmaçı)
- Xaqani Hass (şair, yazar)
- Nəcmin Kamilsoy (araşdırmaçı)
- Sübhan Həsənli (Sosial Hüquqlar Mərkəzi)
- Nəfəs LGBTİ Azərbaycan Alyansı
- Gülər Abbaslı (vətəndaş cəmiyyəti nümayəndəsi)
- İlkin Hüseynli (Siyasi fəlsəfə üzrə doktorantura tələbəsi)
- Emin Aslan (hüquqşünas)
- Kamran Əzizli (layihə meneceri)
- Xəyyam Namazov (tədqiqatçı)
- Fatima İsmayılova (sosial elmlər üzrə tədqiqatçı)
- Tinay Müşdiyeva (tədqiqatçı)
- Elvin Cəbizadə (film tənqidçisi)
- Ümid Əhmədov (tərcüməçi)
- Tural Ağayev (hüquqşünas)
- Səməd İsmayılov (aktivist)
- Gulnara Mehdiyeva (feminist aktivist)
- Araz Bağırov, sosioloq
- Nərmin Rüstəmli, pedaqoq
- Orxan Nəciyev, vətəndaş
- Ayan Şamçiyeva, vətəndaş
- Nurlana Cəlil (Feminist Siyasətşünaslıq üzrə doktorantura tələbəsi, Philipps-Uni-Marburg)
- Namiq Abdullayev (aktivist)
- Kamran Şərifzadə (mühəndis)
- Fidan Axundova (rejissor, rəssam)
- Jalə Bayramova (Azərbaycanlı Gənc Vəkillər Kollegiyası)
- Vəfa Rüstəm (Azərbaycanlı Gənc Vəkillər Kollegiyası)
- Ruslan Əliyev (Azərbaycanlı Gənc Vəkillər Kollegiyası)
- Lalə Mahmudova (LGBTIQ+ hüquq müdafiəçisi)
- Vahid Əliyev (LGBTIQ+ hüquq müdafiəçisi)
- Azad LGBT Azərbaycan
- Nisə Hacıyeva (feminist)
- Aygün Rəşidova (jurnalist)
- Nurlan Qəhrəmanlı (jurnalist)
- Əsli Qəhrəmanlı (jurnalist)
- Toğrul Abbasov (sosioloq)
- Əli Məlikov (aktivist)
- Rəvan Axundov (aktivist)
- Fərid Cabbar (aktivist)
- Atuf Quliyev (tələbə)
- Fərid İmran (jurnalist)
- Elnarə Qasımova (jurnalist)
- Şəhla Kərim (jurnalist)
- Bəyim Qarayev (qrafik dizayner)
- Fatimə Mövlamlı (jurnalist)
- Anar Məmmədli (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri)
- Zəhra Kələntərova (jurnalist)
- Sabina Abubəkirova (jurnalist)
- Bəşir Kitaçayev (jurnalist)
- Nuranə Dünyamalıyeva (sosial işçi)
- Nərgiz Muxtarova
- Ayaz Kərimov (produkt meneceri)
- Alp Əliyev (aktivist)
- Ülviyyə Əli (jurnalist)
- Sevda Mahmudova (musiqiçi)
- Cavid Ağa (rasional.org-un baş redaktoru)
- Çinarə Kazımlı (müəllimə)
- Rəşad Mürseyibzadə (həkim, tibb üzrə doktoratura tələbəsi)
- Fatimə Nəsirova (müəllimə)
- Sənay Yağmur (məktəbli)
- Qumru Əliyeva (feminist aktivist)
- Hacı Səfərov (kino tənqidçi)
- Ayaz Şirinov (vətəndaş)
- Natiq Məmmədov, (Miqrant, işçi və [Almaniya] Anarxo-sindikalist “Azad İşçilər Ittifaqı”nın Beynalxalq Komitəsinin Azərbaycan üzrə təmsil)
- Sahilə Zeynallı (tələbə)
- Mirkamran Hüseynli (müəllim)
- Nərmin Əliyeva ( tələbə)
- Güldəstə Quluzadə (müəllim)
- Rəşid Zeynal
- Sona Purmuxtari (tələbə)
- Əminə Həsənova ( Bələdçi/ Turizm üzrə menecer)
- Fidan Xəlilova (həkim)
- Ramila Aleskerova (müəllimə)
- Atilla Seyid (tələbə)
- Ayla Əhmədova (tələbə)
- Emil Rzaxanov
- Coşqun Qafarov ( Siyasi fəal )
- Sevinc Baxşiyeva (vətəndaş)
- Cavanşir Sərdarlı
- Aytac Talıblı ( müəllimə)
- Məhərrəm Əkbərov (şagird)
- Klara Bayramova (dermatoveneroloq)
- Murad Təhməzov (tələbə)
- Mənsumə Xanlarzadə (həkim)
- Əli Rəhimli (tələbə)
- Aydan Nəbiyeva
- Cavidan Xudiyev (vətəndaş)
- Elşən İmanov (Tələbə, Bamberg)
- Xəyal Kərimli (mühəndis)
- Selcan Yağmur (aktivist)
- Rahim Shaliyev (jurnalist)
- Toğrul Vəliyev (iqtisadçı)
- Əliheydər Əliyev (tələbə)
- Sam Mammadov (tattoo artist)
- Lalə Darçınova (hüquqşünas)
- Ayxan İbrahimli (vətəndaş)
- Türkan Hüseynova (rejissor)
- İradə Muradlı (vətəndaş)
- Zaur Qurbanlı (hüquqşünas)
- Röya Huseynova (humanitar işçi)
- Rauf Məmmədov
- Rüstəm İsmayılbəyli (aktivist)
- Qiyas İbrahim (avara)
- Elmir Abbasov (aktivist)
- Emin Haşımov (tələbə)
- Elnur Məlikbəyli ( mühəndis)
- Sevgi İsmayılbəyli (feminist aktivist)
- Zəhra İsmayıllı (tələbə)
- Ənvər Cəfərov
- Leyla Cəfərova
- Sevda Əlisoy (tərcüməçi)
- Tural Yunisli (tələbə)
- Sənan Ağayev (hüquqşünas)
- Rahib Seyidli (aktivist)
- Samir Axundzadə (tələbə)
- Nəzrin Allahverdiyeva
- Fəxriyyə Rəsulzadə (hüquqşünas)
- Fərqanə Abdulla (artivist)
- Tural Şahtaxtinski (yazıçı)
- Ramil Zamanov (feminist antropoloq)
- Tofiqə Camalzadə (tələbə)
- Aygül Salehova
- Aydın Qasımlı
- Züleyxa Həmidova
- Ləman Orucova (iqtisadçı)
- Bəhmən Mansurzadə (tələbə)
- Rəbiyyə Məmmədova (ictimai fəal, hüquqşünas)
- Pərviz Abdullayev (aktivist, dizayner)
- Bəhruz Səmədov (doktorant)
- Səbinə Rəhimova
- Ülviyyə Məmmədova (iqtisad üzrə doktorant)
- İntizar İsgəndərli (tələbə)
- Rəna Hüseynova (doktorant, Vechta Universiteti)
- Elnur Cəfərov (proqramçı)
- Kamal İbrahimov (dünya iqtisadiyyatı)
- Ayaz Məlikov (tələbə)
- Aytən Mustafayeva (tərcüməçi)
- Şahin Əhmədov (mühəndis)
- Nərmin Məmmədova (vətəndaş)
- Kamil Şövkətli (həkim)
- Mehriban Şəfiyeva (tələbə)
- Nərmin Lətifzadə (tələbə)
- Aysel Mustafayeva (fəaliyyətsiz)
- Nuranə Novruz (maliyyə mütəxəssisi)
- İlham Əhmədov (tələbə)
- Əsmər İsayeva (iqtisadçı)
- Azər Abbaslı
- Xaqani Bayramov (biznes analitik)
- Əhməd Məmmədli (siyasi aktivist)
- Elgün Abbasov
- Səməd Səmədov (vətəndaş)
- Alış Mustafayev (sosial işçi)
- Şəbnəm Sadıqova
- Aygül Pəncəliyeva (vətəndaş)
- Səməd Şıxı (yazıçı)
- Polad Gülüşov (iqtisadçı)
- Toğrul Cəfərov
- Turana Nuri
- Vəfa Nağıyeva
- Murad Piri (tələbə)
- Arzuman Süleymanov
- Sahilə Aslanova (jurnalist)
- Ayan Abbasova
- “Rəngarəng Azərbaycan” platforması
- Aytac Kazımzadə (jurnalist)
- Femiskop platforması
- İlkay Əmirova (tələbə)
- Nəzrin Bayramlı (fotoqraf, ekoloq)
- Nihad Əhmədov
- Nurlana İsmayılzadə (tələbə)
- Samir Həsənov (tələbə)
- Zakir Bayramov (hüquqşünas)
- Əminə Məmmədova (jurnalist)
- Lili Nazarov (LGBTİQ+ aktivist)
- Asif Manaflı (sərgərdan)
- Sitarə Müzəffərli (müəllim)
- Nərgiz Məmmədli (elmi tədqiqatçı)
- Züleyxa Şirinova
- Leyla Kərimova (tələbə)
- Nigar Ərəbli
- Xanım Ağayeva (tələbə)
- Elməddin Şamilzadə (jurnalist)
- Əli Rəhimli (tələbə)
- Herman Turan Cavadzadə
- Tərlan Səfərov (hüquqşünas)
- Rəsul Musayev (diş həkimi)
- Ramal Camallı (vergi ödəyicisi)
- Nicat Eldarov (müstəqil tədqiqatçı)
- Dəyanət Məmmədzadə (tələbə)
- Sonası Vəliyeva
- Nailə Dadaş-zadə (vizual sənətkar)
- Samir Həsənov (tələbə)
- Əli Əliyev (kontent asistenti)
- Xanım Mustafayeva (jurnalist)
- Şəhla Hümbətova (vəkil)
- Toğrul Abbasov ( ixtisaslı fəhlə)
- Samirə Ələkbərli