Azərbaycan ILGA hesabatında sonuncu yerdə

ILGA-Europe 2020-ci il üzrə hesabatını açıqlayıb. Hesabatda Azərbaycan bu il də sonuncu yerdədir. Beləliklə, Azərbaycan son 6 ildə LGBTİQ+lərin vəziyyətinə görə yerində addımlayıb. İLGA- Europe bu reytinqi tərtib edərkən hüquq bərabərliyini, nifrət əsaslı cinayətlər və düşmən ritorikanı, diskriminasiyanı, gender müxtəlifliyinin hüquqi cəhətdən tanınması kimi məsələləri nəzərdən keçirir. Reytinq cədvəlində Azərbaycan 6 ildir ki, axırdan 1-ci yerdədir. Amma bu qaranlıq mənzərənin fonunda böyüməkdə olan bir şey də var: Həmrəylik!
Bu il 17 mayın – LGBTIQ+fobiya əleyhinə beynəlxalq günün mövzusu “Səssizliyi pozmaq”dır. Səsimizi ucaldaq! 🏳️‍🌈

Ətraflı